Ana Sayfa > Karusel / Gündəm > Yoluxmuş taxta materialların Azərbaycana ixracının qarşısı alınıb

Yoluxmuş taxta materialların Azərbaycana ixracının qarşısı alınıb


31-01-2022, 15:45. Yazar: Admin

Yoluxmuş taxta materialların Azərbaycana ixracının qarşısı alınıb

Komidə Azərbaycana ixracı üçün nəzərdə tutulan 115 kubmetr həcmində taxta materiallarda təhlükəli zərərverici aşkar edilib.

Qarabaginfo.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Şimal Dəniz Regionlararası İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, zərərverici aşkar edildikdən sonra məhsul karantinə göndərilib.

Məhsulun sahibinə, taxta materialları təcrid olunan yerə saxlanılması və karantin obyektlərinin məhv edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. Karantin obyektləri ilə mübarizə qaydalarının pozulmasına görə inzibati xəta işi açılıb. İdarənin qərarı ilə məhsulun sahibi 6 min rubl məbləğində cərimələnib.(Apa)


Geri dön