Ana Sayfa > Karusel / Gündəm > Sıx duman olacaq - Yollar buz bağlayacaq

Sıx duman olacaq - Yollar buz bağlayacaq


31-01-2022, 15:08. Yazar: Admin

Sabah magistral yollarda müşahidə olunacaq hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, fevral ayının 1-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Naxçıvan-Şahbuz, Masallı-Yardımlı, Lənkəran-Lerik, Gəncə-Kəlbəcər-Laçın, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz, Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.

 

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


Geri dön