Ana Sayfa > Karusel / Siyasət > Tural Abbaslı: "Mahir Abbaszadə hesab verməlidir, saatı hardan və necə alıb..."
Tural Abbaslı: "Mahir Abbaszadə hesab verməlidir, saatı hardan və necə alıb..."31-01-2022, 14:42. Yazar: Admin |
“Azərbaycan iqtidarında təmsil olunan məmurların əksəriyyətinin oliqarx olduğu və müxtəlif sahələrdə böyük bizneslərə sahib olduğu heç kimə sirr deyil. Əgər Mahir Abbaszadənin xərclədiyi pulları halal yolla əldə edibsə, halal xoşu olsun, istəyir, ad gününə Jenifer Lopezi çağırsın və yaxud da Robert De Niro ilə axşam yeməyi yesin, hansısa saatı almaq üçün milyonlar xərcləsin, özü bilər. Amma büdcədən oğurlanıbsa, xalqın puludursa, qanunvericilik qarşısında cavab verməlidir”.
O xatırladıb ki, deputat Mahir Abbaszadə millət vəkili olmamışdan əvvəl “Qaçqınkom”da işləyib: "Nəzərə alaq ki, qaçqınlar üçün tikilən binalar məsələsində kifayət qədər narazılıqlar var idi. Mahir Abbaszadənin də tikintiyə öz maraqları naminə müdaxilə etdiyi sirr deyil. Məmurların və ya vəzifəli şəxslərin bahalı həyatları, avtomobil, saat, geyimləri, it və pişikləri ola bilər. Əsas həmin pulların hansı yolla əldə olunmasıdır. Halal, yoxsa xalqın, millətin pulundan, büdcəsindən oğurlanıb?! Mahir Abbaszadə nəzərə almalıdır ki, millət vəkilidir və hər addımı göz önündədir. Ona görə bunun hesabını verməlidir ki, saatı hardan və necə alıb. Aidiyyəti qurumlar bu işlə məşğul olmalıdır. Görəsən, bu adam bu qədər vəsaiti hardan əldə edib?!"
Geri dön |