Ana Sayfa > Karusel / Mədəniyyət > Erməni terroruna məruz qalan uşaqlardan bəhs edən filmin çəkilişləri başa çatıb

Erməni terroruna məruz qalan uşaqlardan bəhs edən filmin çəkilişləri başa çatıb


31-01-2022, 14:04. Yazar: Admin

“Böyük qırmızı ev”in çəkilişi

 


Ötən il Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində qalib layihə olaraq seçilən “Müharibə uşaqları” (yeni adı ilə “Böyük qırmızı ev") filminin Bakı və Gəncə şəhərlərində aparılan çəkilişləri başa çatıb.

“Azərbaycanfilm” kinostudiyasından Qarabaginfo.az-a verilən məlumata görə, hazırda filmin montaj işləri davam edir.

Bədii-sənədli film 2021-ci ildə İkinci Qarabağ müharibəsi ərəfəsində Ermənistanın terror hücumlarının təsirləri nəticəsində fiziki və psixoloji travmalara məruz qalan uşaqların həyatlarına ışıq tutulur.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Leylaxanım Qənbərli, quruluşçu operatoru Daniel Quliyev, kreativ prodüseri İradə Bağırzadə, icraçı prodüseri Vidadi Rüstəmov, prodüseri isə Fariz Əhmədovdur. Filmdə kuklaçı obrazını akytor Namiq Ağayev ifa edir.

Layihə Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır.


Geri dön