Ana Sayfa > Karusel / Kriminal > Suqovuşanda avtomatlar aşkarlanıb

Suqovuşanda avtomatlar aşkarlanıb


31-01-2022, 12:14. Yazar: Admin

 

Suqovuşanda avtomatlar aşkarlanıb

Tərtərdə silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı rayonun işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən körpülərinin birinin alt hissəsindən 3 ədəd “AKM” markalı avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Geri dön