Ana Sayfa > Karusel / Gündəm > Qarabağa ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan QALDIRILDI

Qarabağa ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan QALDIRILDI


31-01-2022, 12:04. Yazar: Admin

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.

 

Bu barədə Qarabaginfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

 

Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

 

Xatırladaq ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.


Geri dön