Ana Sayfa > Karusel / Təhsil > Bakıda 45 nömrəli məktəbdə distant tədrisin müddəti uzadılıb

Bakıda 45 nömrəli məktəbdə distant tədrisin müddəti uzadılıb


31-01-2022, 10:48. Yazar: Admin

45 saylı məktəb

 

Paytaxtdakı 45 nömrəli məktəbdə distant təhsilin müddəti 7 gün uzadılıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edək ki, 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdirilir. Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin distant təhsillə əvəz olunmasına qərar verilmişdi.


Geri dön