Ana Sayfa > Karusel / Gündəm > Ağdamda 15 yaşlı yeniyetməni maşın vuraraq öldürüb

Ağdamda 15 yaşlı yeniyetməni maşın vuraraq öldürüb


26-03-2019, 13:53. Yazar: Admin

Ağdam rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qarabaginfo"nun verdiyi məlumata görə, hadisə rayonun Əfətli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21099" markalı 02-BS-884 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 15 yaşlı yeniyetməni vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön