Ana Sayfa > Karusel / Dünya > Portuqaliyada parlament seçkilərində sosialistlər mütləq çoxluğu əldə ediblər
Portuqaliyada parlament seçkilərində sosialistlər mütləq çoxluğu əldə ediblər31-01-2022, 07:25. Yazar: Admin |
Portuqaliyadan növbədənkənar parlament seçkilərinin yekununda bülletenlərin 99 %-dən çoxu hesablandıqdan sonra Sosialist Partiyası mütləq çoxluğu əldə edib. Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, mütləq çoxluq üçün 230 mandatdan ən azı yarısını - 116-nı almaq lazımdır. Məlumata görə, hazırda sosialistlər 117 mandatı təmin edə biliblər və mandatların bölgüsünün hesablanması davam edir. Beləliklə, sosialistlərin lideri Antonio Koşta baş nazirliyi qoruyub saxlayacaq. Geri dön |