Belçikanın Ostend limanında NATO-nun “Dynamic Move-2022” mina əleyhinə komanda-qərargah təlimləri başlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO-nun hərbi dəniz komandanlığı məlumat yayıb.
Məlumatda göstərilir ki, “Dynamic Move-2022” mina əleyhinə 2 həftəlik komanda-qərargah təlimidir. Təlimlər üzv ölkələrin ordularının peşəkarlığının artırılmasına imkan verir.
31 yanvar 8 fevral tarixlərində keçiriləcək təlimlərə 2 ölkə - Ukrayna və Mərakeş müşahidəçi qismində cəlb olunub.