Ana Sayfa > Karusel / Dünya > İtaliyaya məxsus peykin orbitə qaldırılması təxirə salınıb

İtaliyaya məxsus peykin orbitə qaldırılması təxirə salınıb


31-01-2022, 07:20. Yazar: Admin

Falcon 9 daşıyıcı raketi

 

ABŞ-ın “SpaceX” şirkəti İtaliyaya məxsus yerüstü müşahidə peykini orbitə qaldırılacaq “Falcon 9” daşıyıcı raketinin startını təxirə salıb.

Qarabaginfo.az xəbər verir ki, buna səbəb start zonasında naməlum gəminin müşahidə edilməsi olub.

Kosmodromdan bildirilib ki, start bazar günü saat 18.11-də (Bakı vaxtı ilə 03.11, 31 yanvar) Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzində baş tutmalı idi. Lakin son anda rəhbərlik geri sayımı dayandırıb. Buna səbəb start zonasında səyahət gəmisinin daxil olmasıdır. Layner qadağan olunmuş ərazidə hərəkət edib. Sahil mühafizəsi onu vaxtında kənarlaşdıra bilməyib.

Növbəti start bu günə nəzərdə tutulub. Qeyd edək ki, İtaliya peykinin orbitə aldırılması hava şəraitinə görə 3 dəfə təxirə salınıb.(Apa)


Geri dön