Ana Sayfa > Karusel / Gündəm > İnam Kərimov: "Buğda ilə özümüzü orta hesabla 60% təmin edirik"

İnam Kərimov: "Buğda ilə özümüzü orta hesabla 60% təmin edirik"


30-01-2022, 22:45. Yazar: Admin

İnam Kərimov — Vikipediya

"Azərbaycan buğda ilə özünü orta hesabla 60% təmin edir. Qalan 40%-lik hissə isə ölkəyə idxal olunur".

Qarabaginfo.az xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov REAL TV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, son illər dövlətin həyata keçirdiyi aqrar siyasət nəticəsində, o cümlədən fermerlərə dövlət dəstəyi hesabına bir sıra məhsullar üzrə təminat səviyyəsi xeyli artıb: "Özümüzü yaxşı təmin etdiyimiz məhsullar arasında xüsusilə meyvə-tərəvəzi qeyd edə bilərik. Məsələn, Azərbaycan özünü kartofla 90% təmin edir, həm də faraş kartof ixracatçısıdır. Yaxın vaxtlarda özünü təminat 100%-ə çatacaq. Digər ərzaq məhsullarına gəlincə isə, ölkəmiz özünü mal əti ilə 90%, qoyun əti ilə isə demək olar ki, 100% təmin edir. Bütün ət kateqoriyaları üzrə özünü təminetmə isə təqribən 85%-dir".

"Azərbaycanın ərzaq təhlükəsizliyi istiqamətində gördüyü işləri yüksək qiymətləndirmək olar. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qəbul etdiyi normalara görə, ərzaq təhlükəsizliyi deyəndə ilk növbədə ölkədə ərzağın mövcudluğunu, ikinci növbədə ərzağın əlçatanlığını, üçüncü növbədə isə ərzağın sağlamlığ başa düşülür. Kənd Təsərrüfatı Nazirliyi artıq birinci komponent üzrə funksiyasını icra edir. Bu komponent isə iki hissəyə bölünür: ərzağın istehsalı və ərzaq ehtiyatlarının formalaşdırılması".


Geri dön