Ana Sayfa > Karusel / Siyasət > Pentaqon KXDR-lə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib
Pentaqon KXDR-lə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib30-01-2022, 22:37. Yazar: Admin |
ABŞ KXDR ilə ilkin şərt olmadan danışıqlar aparmağa hazırdır. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib. “Biz diplomatik danışıqlara üstünlük vermək fikrimizdə qalırıq. Biz Pxenyana heç bir ilkin şərt olmadan masaya əyləşməyə hazır olduğumuzu bildirmişik”, deyə Kirbi “Fox News”a bildirib. “Görünür, Kim Çen In başqa yolla getmək istəyir. Lakin biz istər Koreya yarımadası, istərsə də regionda hərbi hazırlığımızdan əmin olmalıyıq”, deyə Pentaqon rəsmisi vurğulayıb. Qeyd edək ki, Şimali Koreya bazar günü növbəti raket sınağı keçirib. Geri dön |