Ana Sayfa > Karusel / İdman > Azərbaycan cüdo yığması Portuqaliya Qran-prisini bir medalla bitirib

Azərbaycan cüdo yığması Portuqaliya Qran-prisini bir medalla bitirib


30-01-2022, 22:19. Yazar: Admin

Azərbaycan cüdoçusu Adil Kərimli Portuqaliya Qran-prisində bürünc medal görüşünə çıxıb.

Qarabaginfo.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində rəqib ABŞ təmsilçisi III Smit olub.

Kərimli qarşılaşmadan məğlub ayrılaraq, 5-ci yeri tutub.

Beləliklə, Azərbaycan yığması Qran-prini 1 gümüş medalla başa vurub. Həmin medalı Balabəy Ağayev (60 lq) qazanıb. Uşangi Kokauri isə 7-ci yeri tutub.


Geri dön