Ana Sayfa > Karusel / Gündəm > Misirdə 10 islamçıya edam cəzası verildi
Misirdə 10 islamçıya edam cəzası verildi30-01-2022, 21:26. Yazar: Admin |
Misir Ali Dövlət Təhlükəsizlik Məhkəməsi təhlükəsizlik qüvvələrinə hücum etmək və infrastrukturu dağıtmaq üçün silahlı qruplar yaratmaqda təqsirləndirilən 10 nəfəri edam cəzasına məhkum edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə “MENA” agentliyi məlumat yayıb. Bildirilir ki, ölüm cəzası alanlar polis əməkdaşlarına hücum etmək üçün silahlı qruplaşmalar yaratmaqda, habelə ictimai obyektləri, o cümlədən elektrik xətlərini və transformatorları dağıtmaqda ittiham olunurlar. 2015-ci ilin iyununda baş prokuror Hişam Bərəkət tərəfindən ittiham olunanlara qarşı cinayət işi açılıb. “Helyan briqadaları” alanan iş üzrə ümumilikdə 215 nəfər iştirak edib, onlardan bəziləri axtarışdadır. Məhkəmə qərarında xüsusilə qeyd edilib ki, müttəhimlər 2013-cü ilin avqustundan 2015-ci ilin fevralına qədər dövlət sistemini sarsıtmaq üçün Qahirə və Giza əyalətlərində fəaliyyət göstərən yeraltı şəbəkəyə rəhbərlik ediblər, təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar həyata keçiriblər və dövlət əmlakına ziyan vurublar. Hökmlər ilkin xarakter daşıyır və ölkədə qüvvədə olan qanunvericiliyə uyğun olaraq respublikanın Ali Müftisinə göndəriləcək, o, həm onları təsdiq edə, həm də rədd edə bilər. Lakin onun qərarı məsləhət xarakteri daşıyır. Yekun hökmlər məhkəmənin iyunun 19-da keçiriləcək iclasında elan olunacaq. Geri dön |