Ana Sayfa > Karusel / Gündəm > Vaşinqton Ukrayna ilə bağlı iclasın baş tutacağına əmindir
Vaşinqton Ukrayna ilə bağlı iclasın baş tutacağına əmindir30-01-2022, 20:51. Yazar: Admin |
Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Ukrayna ətrafındakı vəziyyətlə bağlı yanvarın 31-də keçiriləcək iclasının ləğv olunmayacağına əmindir. Bunu bazar günü ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib. "Rusiya Təhlükəsizlik Şurasının (Ukrayna üzrə) iclasına mane ola bilməyəcək", - o, ABC televiziyasına deyib və Rusiya tərəfinin görüşü ləğv etməyə "mütləq cəhd edəcəyini" iddia edib. Xatırlaqdaq ki, cümə günü Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski ABŞ-ın Ukrayna ilə bağlı iclas keçirmək təklifini “rüsvayçı piar” adlandırıb. O, "BMT Təhlükəsizlik Şurasındakı həmkarlarının görüşün keçirilməsini dəstəkləməyəcəyinə" ümid etdiyini bildirib. Geri dön |