Ana Sayfa > Karusel / Gündəm > Şeyxin səlahiyyəti niyə məhdudlaşdırılır? - Açıqlama
Şeyxin səlahiyyəti niyə məhdudlaşdırılır? - Açıqlama30-01-2022, 20:11. Yazar: Admin |
“Dini etiqad azadlığı haqqında” Qanuna ediləcək dəyişiklər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Müzakirələr daha çox nəzir qutularına verilən ianələrə nəzarətlə bağlıdır. Dəyişikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcəklər. Eyni zamanda, toplanan ianələrə nəzarət səlahiyyəti daha Qafqaz Müsəlmanları İdarəsində deyil, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olacaq. “Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən dəyişikliklər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətinin məhdudlaşdırılması haqqında fikirlər yaradıb. Qarabaginfo.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında bəzi prosedur qaydalarının dəyişdirildiyini bildirib. O qeyd edib ki, adı çəkilən qurumun səlahiyyətlərinin alınmasından söhbət gedə bilməz: “Qafqaz Müsəlmanları İdarəsi öz mövcudluğunu saxlayır. Bu qurum Qafqazda Azərbaycan üçün indiki məqamda çox vacib təşkilatdır. Çünki şeyxülislamın Qafqaz arealında şəxsiyyətinə, nüfuzuna olan münasibət kifayət qədər böyükdür. Ona görə də hər hansı şəkildə onun fəaliyyətinin məhdudlaşdırılmasından söhbət gedə bilməz”. Deputat bildirib ki, qanunda qeydiyyatla bağlı prosedur qaydaları dəqiqləşdirilir: “Bir qədər də nəzarət sistemi artırılır. Bir çoxları dini icmalar adı ilə çox vaxt siyasi məqsədlərini həyata keçirməyə çalışırlar. Bu da Azərbaycan üçün müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də bu məsələlərdə dəqiqləşməyə ehtiyac duyulduğuna görə belə addım atılır. Amma Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə indiki məqamda hansısa şəkildə toxunmaq məqsədəuyğun deyil”. Geri dön |