Ana Sayfa > Karusel / Dünya > Britaniya XİN başçısı: "Putinin oliqarxları üçün gizlənəcək yer qalmayacaq"

Britaniya XİN başçısı: "Putinin oliqarxları üçün gizlənəcək yer qalmayacaq"


30-01-2022, 16:08. Yazar: Admin

Böyük Britaniyanın xarici işlər naziri Liz Tras

 

"Gələn həftə Rusiyaya qarşı sanksiyalarla bağlı təkmilləşdirilmiş qanunvericilik elan edəcəyik".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Liz Tras "Sky News" kanalına müsahibəsi zamanı deyib.

Rusiyaya qarşı iqtisadi sanksiyaların necə genişləndirilə biləcəyi ilə bağlı ətraflı məlumat verən xarici işlər naziri bildirib ki, hökumət Kreml üçün əhəmiyyət kəsb edən istənilən şirkəti hədəfə almaq istəyir.

Nazir bildirib ki, onların bir nömrəli prioriteti Rusiyanı Ukraynanı işğal etməkdən çəkindirməkdir:

“Vladimir Putinin oliqarxları və Rusiya dövlətinin dəstəklənməsi ilə məşğul olan rus şirkətləri üçün gizlənəcək yer qalmayacaq”.

Liz Trass onu da vurğulayıb ki, bu Rusiya üçün asan olmayacaq.(Apa)


Geri dön