Ana Sayfa > Karusel / Siyasət > Donald Tramp: "Rusiya Ukraynaya nəzarəti ələ keçirə bilər"
Donald Tramp: "Rusiya Ukraynaya nəzarəti ələ keçirə bilər"30-01-2022, 11:07. Yazar: Admin |
“ABŞ-dakı demokratlar bir ildən sonra ölkənin xarici siyasətini elə vəziyyətə gətiriblər ki, Rusiya Ukraynaya nəzarəti ələ keçirə bilər, Çin isə Tayvanı hədələyir”. Qarabaginfo.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bunu Texasda keçirilən mitinqdə çıxış edərkən söyləyib. Tram ABŞ prezidenti Co Baydenin, Palata spikeri Nensi Pelosinin və Senatın Demokratik Əksəriyyət lideri Çak Şumerin bu ölkəyə etdiklərini yüksək səviyyəli cəfəngiyat adlandırıb: “İnflyasiya uçur, benzinin qiyməti artır, tədarük zəncirləri dağılır. Baş verənlərə inana bilirsinizmi? Almağa heç nə yoxdur, rəflər boşdur. Kitab yazdım, amma daha çap edə bilmirlər: kağız və mürəkkəb yoxdur”. O, eyni zamanda söyləyib ki, qətllərin sayı artır, milyonlarla qeyri-qanuni miqrantlar ölkəyə daxil olur: “Çin Tayvanı hədələyir, İran nüvə bombası istehsal etmək üzrədir, Rusiya Ukraynanı nəzarətə götürə bilər”. Geri dön |