Ana Sayfa > Karusel / Dünya > Ankara nüfuzunu genişləndirir: Misir gizli görüş keçirdi

Ankara nüfuzunu genişləndirir: Misir gizli görüş keçirdi


30-01-2022, 09:05. Yazar: Admin

Türkiyə Misirin təsir dairəsi hesab edilən Şərqi Liviyada nüfuzunu artırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Əl-Monitor" saytında Corc Mixailin dərc olunan məqaləsində bildirilib.

Məqalədə Türkiyənin Tripolidəki səfiri Kənan Yılmazın yanvarın 20-də Şərqi Liviyaya səfər etdiyi və Ankaranı ən sərt şəkildə tənqid edən şəxslərdən biri olan Liviya parlamentinin sədri Aqilə Salehlə görüşdüyü bildirilib.

Şərqi Liviyanı təmsil edən Liviya baş nazirinin müavini Hüseyn əl-Qətraninin yanvarın 19-da “Türkiyə Benqazidəki konsulluğunu yenidən açmağı planlaşdırır” deyə açıqlama verdiyini xatırladan Corc Mixail ötən ilin dekabrın 15-də də Liviya deputatlarından ibarət nümayəndə heyətinin Türkiyəyə getməsi və bir sıra türk rəsmiləri, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməsinə diqqət çəkib.

Məqalə müəllifi qeyd edib ki, nümayəndə heyətinin səfəri nəticəsində iki ölkənin aviasiya sahəsinə dair razılaşma əldə edilib. Misirin isə Türkiyənin rəftarından narazı olduğu vurğulanıb.

“Qahirə də Liviyanın şərqində mövcudluğuna zəmanət verən mövqe tutmaq və əlini gücləndirmək üçün Liviya Milli Ordusunun komandirləri və bir sıra qəbilə liderləri ilə Liviyanın şərqində gizli görüş keçirib”, - məqalədə bildirilib.

 


Geri dön