Ana Sayfa > Karusel / Region > Ermənistanda polis Rusiya və ABŞ səfirliklərini partlatmaq istəyən şəxsi axtarır

Ermənistanda polis Rusiya və ABŞ səfirliklərini partlatmaq istəyən şəxsi axtarır


29-01-2022, 21:40. Yazar: Admin

Ermənistanda Rusiya və ABŞ səfirliklərini partlatmaq istəyən şəxs axtarılır.

Qarabaginfo.az erməni nəşri “Aravot”a istinadla xəbər verir ki, Ermənistan hüquq-mühafizə orqanları Rusiya  və ABŞ-ın respublikadakı səfirliklərini partlatmaqla hədələyən vətəndaşı axtarır.

Nəşrin məlumatına görə, yanvarın 25-də naməlum şəxs polisə zəng edərək iki ölkənin səfirliklərini partlatmaqla hədələyib. Zəng edən şəxs ünvanını da deyib, lakin yanına gedən polis qapının bağlı olduğunu görüb.

Qəzet yazır ki, zəng vuran şəxsin adı və soyadı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyən edilib, onun yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Hadisə ilə bağlı polis material hazırlayır.(konkret.az)


Geri dön