Ana Sayfa > Karusel / Region > Petrosyandan sensasion MÜSAHİBƏ: "Qarabağın Azərbaycanın tərkibində statusu bütün tərəfləri tam qane edəcək"

Petrosyandan sensasion MÜSAHİBƏ: "Qarabağın Azərbaycanın tərkibində statusu bütün tərəfləri tam qane edəcək"


29-01-2022, 21:33. Yazar: Admin
 Petrosyandan sensasion MÜSAHİBƏ: “Qarabağın Azərbaycanın tərkibində statusu bütün tərəfləri tam qane edəcək”
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1992-ci il “Komsomolskaya Pravda” qəzetinə müsahibəsinin yenidən yayılması Ermənistanda böyük ajiotaj yaradıb.

Qarabaginfo.az erməni KİV-ə istinadən xəbər verir ki, Petrosyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməsini sübut edən həmin müsahibə yenidən erməni cəmiyyətində geniş müzakirə olunur.

Qeyd edək ki, keçmiş prezident “Komsomolskaya Pravda”nın 1992-cil il 5 mart tarixli buraxılışında jurnalisə bunları bildirmişdi:

“Düşünmək istərdim ki, Qarabağın Azərbaycanın tərkibində statusu bütün tərəfləri tam qane edəcək. Bu, bizim mövqeyimizdir. Biz bunu istənilən səviyyədə müzakirə etməyə hazırıq”.

Qeyd edək ki, Levon Ter-Petosyanın hakimiyyət illərində Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa daha yaxın idi.


Geri dön