Ana Sayfa > Karusel / Dünya > ABŞ-da güclü qar səbəbindən minlərlə aviareys təxirə salınıb

ABŞ-da güclü qar səbəbindən minlərlə aviareys təxirə salınıb


29-01-2022, 21:25. Yazar: Admin

ABŞ-da güclü qar səbəbindən minlərlə aviareys təxirə salınıb

Bu gün ABŞ-da 3500-dən çox təyyarə reys ləğv edilib.

Qarabaginfo.az xəbər verir ki, ölkənin Monitorinq xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, 80 000-dən çox sakin elektriksiz qalıb.

Güclü qar, küləklə müşahidə edilən şaxta əsasən 50 milyon amerikalının məskunlaşdığı Cənubi və Şimali Karolina bölgəsində meydana gəlib. Əlverişsiz hava şəraiti Atlantik okeanı sahilləri ilə şimala - Delaver, Nyu-Cersi və Nyu-Yorkdan keçərək Yeni İngiltərə ştatlarına doğru irəliləyir.

Vaşinqtonda isə ötən axşam qar yağıb, temperatur aşağı düşüb və güclü külək əsib.


Geri dön