Ana Sayfa > Karusel / Gündəm > Naxçıvanda sahibkarlara 38 milyondan çox kredit verilib
Naxçıvanda sahibkarlara 38 milyondan çox kredit verilib29-01-2022, 19:53. Yazar: Admin |
2021-ci ildə muxtar respublikada sahibkarlara 38 milyon manatdan artıq kredit verilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Qeyd olunub ki, verilmiş kreditin 13 milyon 875 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 24 milyon 161 min 100 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Geri dön |