Ana Sayfa > Karusel / Gündəm > Bakıda ticarət mərkəzində baş verən yanğınla əlaqədar bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib

Bakıda ticarət mərkəzində baş verən yanğınla əlaqədar bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib


26-03-2019, 10:10. Yazar: Admin

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar hazırda Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılıb.

"Qarabaginfo" xəbər verir ki, bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir.


Geri dön