Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 4 268 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib

Azərbaycanda son sutkada 4 268 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib


29-01-2022, 18:42. Yazar: Admin

Azərbaycanda son sutkada 4 268 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 268 yeni yoluxma faktı qeydə alınıb, 1 486 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 651 341 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 622 672 nəfər müalicə olunaraq sağalıb, 8 700 nəfər vəfat edib, aktiv xəstə sayı 19 969 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 091, ötən müddət ərzində isə ümumilikdə 6 134 952 test aparılıb.


Geri dön