Ana Sayfa > Karusel / Gündəm > Gömrük əməkdaşlarının geyim norması artırılıb

Gömrük əməkdaşlarının geyim norması artırılıb


29-01-2022, 18:40. Yazar: Admin

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı | Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.

Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları”nda dəyişiklik edib.

Qarabaginfo.az-ın məlumatına görə, dəyişikliyə əsasən, gömrük orqanlarının bütün şəxsi heyətinə 2 il müddətinə bir dəst açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qısaqol yay köynəyi və şalvar da veriləcək.

 

Eyni zamanda indiyə qədər gömrük orqanlarının bütün şəxsi heyətinə 1 illiyə verilən 2 ədəd tünd-göy rəngli maykanın əvəzinə 1 illiyinə 2 ədəd açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş mayka (qış üçün qalın, yay üçün nazik) veriləcək.


Geri dön