Ana Sayfa > Karusel / Gündəm > Kunio Mikuriya ADA Universitetində çıxış etdi - Fotolar+Video

Kunio Mikuriya ADA Universitetində çıxış etdi - Fotolar+Video


29-01-2022, 18:19. Yazar: Admin

Kunio Mikuriya ADA Universitetində çıxış etdi

Bu gün Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ADA Universitetində "Postpandemiya dövründə dayanıqlı ticarətin təmin edilməsində gömrüyün artan rolu" mövzusunda məruzə ilə çıxış edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, tədbirdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi, ADA Universitetinin, Dövlət Gömrük Komitəsi Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri iştirak edib.

Tədbirdən əvvəl ÜGT Baş katibi ADA Universiteti ilə tanış olub, qonağa bu təhsil ocağının fəaliyyəti, tədris prosesinin təşkili barədə məlumat verilib.

ADA Universitetin prorektoru Dr. Fariz İsmayılzadə Ümumdünya Gömrük Təşkilatı və qurumun rəhbəri Kunio Mikuriyanın fəaliyyəti haqqında məlumat verərək məruzənin gömrük orqanlarının postpandemiya dövründəki fəaliyyətinin öyrənilməsi baxımından xüsusi önəm daşıdığını vurğulayıb.

ÜGT Baş katibi məruzəsində gömrük işinin əhəmiyyətindən, Ümumdünya Gömrük Təşkilatının fəaliyyətindən danışıb. Beynəlxalq ticarətin asanlaşdırılmasında gömrük orqanlarının xüsusi rol oynadığını bildirən Baş katib rəhbərlik etdiyi təşkilat tərəfindən bu istiqamətdə həyata keçirilən layihələrdən, informasiya texnologiyalarının gömrük sistemində tətbiqinin vacibliyindən, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətindən görülən işlərdən bəhs edib.

Pandemiya dövründə beynəlxalq ticarətin qarşılaşdığı problemlərin aradan qaldırılması istiqamətində Ümumdünya Gömrük Təşkilatı tərəfindən atılan addımlardan bəhs edən Kunio Mikuriya, xüsusilə virusla mübarizə çərçivəsində zəruri dərman preparatlarının, vaksinlərin vaxtında təyinat nöqtəsinə çatdırılmasında gömrük orqanlarının fəaliyyətini müsbət qiymətləndirib.

Kunio Mikuriya gömrük işinin səmərəli təşkilində insan kapitalının xüsusi rol oynadığını və Azərbaycan gömrüyünün bu istiqamətdə mühüm işlər gördüyünü vurğulayıb.

Baş katib dünən Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayaraq Şərq-Qərb nəqliyyat dəhlizi uzərində strateji movqedə yerləşən Azərbaycanın regional inteqrasiyada əhəmiyyətli rolundan bəhs etdiklərini, bu istiqamətdə perspektivlərin müzakirə olunduğunu da diqqətə çatdırıb.

Məruzədən sonra ÜGT Baş katibi auditoriyanın suallarını ətraflı cavablandırıb.








 


Geri dön