Ana Sayfa > Karusel / Sosial / Kriminal > Bakıda ticarət mərkəzində başlayan yanğının söndürülməsinə helikopter cəlb olunub

Bakıda ticarət mərkəzində başlayan yanğının söndürülməsinə helikopter cəlb olunub


26-03-2019, 10:08. Yazar: Admin

 

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub. 

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb.

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Qarabaginfo.az//

 


Geri dön