Bakının Yasamal rayonunda 17 yaşlı qız intihar edib.Qarabaginfo.az xəbər verir ki, hadisə yanvarın 28-i səhər saat 07 radələrində baş verib.2005-ci il təvəllüdlü Gülginar Nuriyeva Şərifzadə küçəsində 14 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən mənzilin pəncərəsindən özünü yerə atıb.Rayon prokurorluğunda araşdırma aparılır.