Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Şabranda karantin qaydalarını pozan çay evi sahibi cərimələnib
Ana Sayfa > Karusel / Kriminal > Şabranda karantin qaydalarını pozan çay evi sahibi cərimələnib

Şabranda karantin qaydalarını pozan çay evi sahibi cərimələnib


29-01-2022, 14:08. Yazar: Admin

Şabranda karantin qaydalarını pozan çay evi sahibi cərimələnib

Şabranda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Obyektin sahibi Elvin Səddarov və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunub.


Geri dön