Ana Sayfa > Karusel / Region > Füzulidə sakinləri susuz qoyan şəxs saxlanılıb

Füzulidə sakinləri susuz qoyan şəxs saxlanılıb


25-03-2019, 14:24. Yazar: Admin

Qarabaginfo.az//

Füzuli rayonunda suvarma qurğularını sıradan çıxaran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qayıdış-6 qəsəbəsinin ərazisində suvarma qurğularının birindən 132 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini M.Abdinov tutulub.

Onun digər suvarma qurğusundan 170 metr elektrik naqilini kəsərək oğurlaması da müəyyən edilib.Füzulidə sakinləri susuz qoyan şəxs saxlanılıb


Geri dön