Ana Sayfa > Karusel / Gündəm > Əlilliklə bağlı müraciət edənlərin nəzərinə!

Əlilliklə bağlı müraciət edənlərin nəzərinə!


29-01-2022, 12:53. Yazar: Admin
Əlilliklə bağlı müraciət edənlərin nəzərinə!

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vətəndaşlara müraciət edib. 

Agentlikdən Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin, vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədi ilə cari ilin 1 fevral tarixindən etibarən vətəndaşların əyani qəbulu üçün qeydiyyat yalnız onlayn rejimdə həyata keçiriləcək.

Qəbula yazılmaq üçün www.dtsera.az linki vasitəsilə qeydiyyatdan keçərək və ya +994 99 819 19 23 WhatsApp nömrəsinə fərdi məlumatlarınızı göndərərək onlayn növbə ala bilərsiniz.


Geri dön