Ana Sayfa > Karusel / Kriminal > Samuxda çobanlar bıçaqlaşıb

Samuxda çobanlar bıçaqlaşıb


29-01-2022, 12:24. Yazar: Admin

Samuxda fermada çoban həmkarını bıçaqlayıb

Samux rayonunda fermada çoban həmkarını bıçaqlayıb.

Hadisə yanvarın 28-i saat 19 radələrində rayonun Qarabağlar kəndində yerləşən fermada qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Elnur Əkbərov çoban kimi işlədiyi fermada onunla birlikdə çalışan, 1987-ci il təvəllüdlü Elçin Süleymanova aralarında yaranan şəxsi münasibətlər zəminində qarın nahiyyəsindən bir bıçaq zərbəsi vurub.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib və onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Report.az


Geri dön