Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > F-35-in sirri: İki super güc yarışa girdi
F-35-in sirri: İki super güc yarışa girdi29-01-2022, 12:16. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bu barədə “BBC Türkcə” məlumat yayıb. Bildirilir ki, iki super güc təyyarənin qalıqlarını daha tez əldə etmək istəyir. Çünki, F-35-lər ABŞ Hərbi Dəniz Qüvvələrinin ən son və gizli avadanlıqları ilə silahlanıb. Təyyarənin qalıqları beynəlxalq sularda olduğu üçün digər ölkələrin də əldə etməsi mümkündür. Bölgəyə ilk çatan ölkə ən bahalı və ən müasir təyyarənin sirlərinə yiyələnə bilər. Amerikalı hərbi-təhlükəsizlik ekspertləri isə Çin ordusunun təyyarənin qalıqlarının çıxarılmasında maraqlı ola biləcəyini iddia edir: “ABŞ-ın bu qalıqları çıxarması həyati əhəmiyyət kəsb edir. Çünki F-35 uçan kompüterə bənzəyir. Təyyarə ABŞ Hərbi Hava Qüvvələrinin digər sistemlərinə də qoşulur. Çinin hələ belə texnologiyası yoxdur. Əgər Çin təyyarənin qalıqlarını əldə edərsə, bu onlar üçün texnoloji sıçrayış etməyə imkan verər”.(Axar.az)
Geri dön |