Ana Sayfa > Karusel / Gündəm > Xankəndində ermənilər arasında atışma oldu

Xankəndində ermənilər arasında atışma oldu


29-01-2022, 11:38. Yazar: Admin

 

Xankəndində separatçı hərbi birləşmələrin komandiri Samvel Babayanın oğlunun iştirakı ilə dava olub.

Qarabaginfo.az “Ölkə.Az” a istinadən xəbər verir ki, hadisə ilə bağlı yayılan xəbərdə tərəflər arasında atışma olub.

Bundan öncə erməni sosial şəbəkələrində Samvel Babayanın oğlunun öz yoldaşları ilə birlikdə siyasi fəal Artur Osipyanı döysə də, hüquq-mühafizə orqanları hələlik heç bir tədbir görməyib.

Buna səbəb isə Xankəndindəki terrorbaşının yekun qərarını gözləməsidir.

Polisdən isə bildirilib ki, yanvarın 23-də saat 18:55-də Xankəndinin Teryan küçəsində dava-dalaş olması barədə məlumat daxil olub. Təhlükəsizlik qüvvələri yoxlamaya başlayıb, daha sonra atışma iştirakçıları ilə görüşüb, onlardan izahat alıb. 


Geri dön