Ana Sayfa > Karusel / Cəmiyyət > Şəhidin adına cərimə protokolu göndərilməsi ilə bağlı xəbərə - Rəsmi reaksiya
Şəhidin adına cərimə protokolu göndərilməsi ilə bağlı xəbərə - Rəsmi reaksiya29-01-2022, 10:11. Yazar: Admin |
Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına cərimə protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qarabaginfo.az-a bildirilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edillib: "Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".
Geri dön |