Ana Sayfa > Karusel / Kriminal > DİN Bakıda qadının barmağının kəsilməsi ilə bağlı hadisəyə münasibət bildirib
DİN Bakıda qadının barmağının kəsilməsi ilə bağlı hadisəyə münasibət bildirib29-01-2022, 10:02. Yazar: Admin |
Daxili İşlər Nazirliyi Bakıda qadının barmağının kəsilməsi ilə bağlı hadisəyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Qarabaginfo.az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı Xəzər rayonu Buzovna qəsəbə sakini Paşayeva Sünbül Valud qızı Xəzər rayon Polis İdarəsinə dəvət edilib və dinlənilib: "İzahatında qeyd edib ki, ona hər hansı bir şəxs tərəfindən zorakılıq halı edilməyib, xəsarətləri isə səhhətində baş verən problemlə əlaqədar huşunu itirərək yıxılan zaman alıb. Qadın heç kimdən şikayəti olmadığını polis əməkdaşlarının diqqətinə çatdırıb". Geri dön |