Ana Sayfa > Karusel / Region > Rusiya əhalisinin sayı azalıb
Rusiya əhalisinin sayı azalıb29-01-2022, 09:29. Yazar: Admin |
2021-ci ilin sonunda Rusiya əhalisinin sayı 146,2 milyondan 145,5 milyona enib. Qarabaginfo.az "Rosstat"a istinadla xəbərinə görə, 1 yanvar 2022-ci il tarixinə Rusiya Federasiyasının əhalisinin sayı 145 478 097 nəfər olub. 2021-ci ilin 1 yanvarında isə Federasiyada 146 171 015 nəfər yaşayırdı. Əhalinin təbii azalması 1,04 milyon nəfər təşkil edib: il ərzində 1,4 milyon uşaq doğulub, 2,44 milyon nəfər ölüb. 2021-ci ildə 923,6 min nikah bağlanıb, 644,2 min boşanma rəsmiləşdirilib. Federasiyada ölümlərin artmasının bir səbəbi də Covid-19 xəstəliyidir. Geri dön |