Ana Sayfa > Karusel / Cəmiyyət > Ötən gün 61 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb
Ötən gün 61 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb29-01-2022, 09:25. Yazar: Admin |
Yanvarın 28-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 61 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. Geri dön |