Ana Sayfa > Karusel / Siyasət > Roma Papası səhiyyə sahəsində yalan məlumatlarla mübarizə aparmağa çağırıb
Roma Papası səhiyyə sahəsində yalan məlumatlarla mübarizə aparmağa çağırıb29-01-2022, 08:16. Yazar: Admin |
Roma Papası Fransisk
Roma Papası Fransisk səhiyyə sahəsində yalan məlumatlarla mübarizə aparmağa çağırıb. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, Papa beynəlxalq media konsorsiumunun nümayəndələri ilə görüşü zamanı bu bəyanatla çıxış edib. O, informasiya sahəsində saxtakarlıqla mübarizə aparmağı zəruri hesab edib. Pontifik qeyd edib ki, hazırda pandemiya və infodemiya yayılır, yəni qorxuya əsaslanan reallıq təhrif olunur. Onun fikrincə, tədqiqatları mütərəqqi olan və xəstəliklərlə effektiv mübarizə aparmağa imkan verən alimlərlə əməkdaşlıq etmək lazımdır: “Bilik və təcrübə paylaşılmalıdır. Bu, peyvəndlərə də aiddir. Düzgün məlumatlı olmaq, elmi məlumatlara əsaslanmaq gərəkdir”. Geri dön |