Ana Sayfa > Karusel / Siyasət > Maslyakov KVN-in “Bakı liqası”nı ləğv etdi
Maslyakov KVN-in “Bakı liqası”nı ləğv etdi29-01-2022, 08:13. Yazar: Admin |
KVN-in Bakı – Azərbaycan liqası ləğv edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Soçidə keçirilən KiViN-2022 KVN komandalarının Beynəlxalq Festivalının nəticələrinə əsasən qəbul edilən qərarda qeyd olunub. Qərara əsasən, aşağıdakı liqalar “KVN-in rəsmi liqası” statusundan məhrum edilib: 1. Bakı - Azərbaycan liqası 2. Bişkek - Ala-Too liqası 3. Vladimir - Rus Vladimiri liqası 4. Vışnik Voloçek - Kiçik şəhərlər liqası 5. İrəvan - Ermənistan liqası 6. Kişinyov - Moldova liqası 7. Tomsk – Tomsk liqası 8. Xarkov – Vostok.ua 9. Barnaul – Altay liqası 10. Yekaterinburq - Sverdlovsk liqası 11. Adıgey (Maykop) – Adıgey liqası. Qeyd edək ki, KVN Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyakovdur. (axar.az)
Geri dön |