Ana Sayfa > Karusel / Gündəm > Yas mərasimlərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək?
Yas mərasimlərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək?28-01-2022, 21:00. Yazar: Admin |
Yas mərasimlərinə qoyulan qadağalara gələcəkdə baxılması məqsədəuyğundur. Qarabaginfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov bununla bağlı “Xəbər Ertəsi” proqramına deyib. “Əgər biz toylara icazə veririksə, yas məsələsi də nəzərdən keçirilə bilər. Onsuz da insanlar evlərdə yas mərasimləri təşkil edirlər. Evdə bəzən 50-150 nəfər toplaşaraq yas mərasimi keçirir. Evlərdə buna nəzarət etmək daha çətin olur. Bəzən isə Bərdə rayonunda qeydə alınan hadisələr təkrarlanır. Polislə yas mərasimi sahibi arasında qarşıdurma müşahidə olunur. Amma biz toylara tətbiq etdiyimiz qaydalar kimi müəyyən say müəyyənləşdirməklə yasların da keçirilməsinə icazə verə bilərik”, – deyə deputat bildirib. C.Məmmədov bildirir ki, yas mərasimlərinin müəyyənləşdirilmiş yerlərdə keçirilməsinə müəyyən imkan yaradılacaq. Onun sözlərinə görə, necə ki, restoranlarda keçirilən el şənliklərinə polis nəzarət edir, mərasim evlərində yasların da təşkilinə nəzarəti də təmin etmək mümkün olar. Geri dön |