Ana Sayfa > Karusel / Gündəm > Bakıda avtomobil piyadanı vuraraq öldürüb
Bakıda avtomobil piyadanı vuraraq öldürüb28-01-2022, 19:41. Yazar: Admin |
Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, hadisə rayonun Sarayevo küçəsində qeydə alınıb. Sumqayıt şəhər sakini S.Məhərrəmova idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Validə Quliyevanı vurub. Qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Geri dön |