Ana Sayfa > Karusel / Gündəm > Şəhriyardan növbəti heç-heçə
Şəhriyardan növbəti heç-heçə28-01-2022, 19:38. Yazar: Admin |
Niderlandın Veyk-an-Zeye şəhərindəki şahmat üzrə "Tata Steel Chess" turniri davam edir. Qarabaginfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirdə növbəti görüşünü keçirib. 37 yaşlı qrossmeyster 11-ci turda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 23-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Azərbaycan təmsilçisi hələlik 4-cü pillədə qərarlaşıb. Günün digər görüşlərindən sonra Məmmədyarovun mövqeyində dəyişiklik ola bilər. Qeyd edək ki, turnir cədvəlinə isə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. Geri dön |