Ana Sayfa > Karusel / Siyasət > Nazir: "Kənd təsərrüfatında rəqəmsallaşmaya xüsusi diqqət yetirilir"

Nazir: "Kənd təsərrüfatında rəqəmsallaşmaya xüsusi diqqət yetirilir"


28-01-2022, 19:01. Yazar: Admin

İnam Kərimov

Kənd təsərrüfatı naziri İnam Kərimov 14-cü Berlin Kənd Təsərrüfatı Nazirləri Konfransında iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, 24-28 yanvar 2022-ci il tarixlərini əhatə edən Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forum “Torpaqdan davamlı istifadə: Ərzaq təhlükəsizliyi torpaqdan başlayır” şüarı altında keçirilib.

Qeyd olunub ki, son 19 ildə bütün dünyada kənd təsərrüfatı təyinatlı torpaqların sahəsinin 3 faiz azalmasına baxmayaraq bu müddətdə məhsul istehsalı 53% çoxalıb. Ərzağa olan tələbatın ödənilməsi üçün məhsuldarlığın artırılması torpağa təzyiqləri artırır.

İ. Kərimov qeyd edib ki, hazırda Azərbaycan hökuməti ölkənin kənd təsərrüfatı sektorunun rəqəmsallaşmasına xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycanda torpaq və su resurslarından düzgün və səmərəli istifadə, yeni suvarma texnologiyalarının geniş tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirləri həyata keçirilir.

Nazir əlavə edib ki, qlobal iqlim dəyişikliyinin ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir və istənilən səmərəli tərəfdaşlığa açıqdır.

Konfransda ərzaq təhlükəsizliyinin və yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması ilə davamlı inkişafın təmin edilməsi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı zəncirinin qurulması, bu istiqamətlərdə qlobal əməkdaşlığın əhəmiyyəti əsas müzakirə mövzularından olub.


Geri dön