Ana Sayfa > Karusel / Siyasət > KİV: Aİ Azərbaycandan qaz tədarükünü artırmağı istəyəcək
KİV: Aİ Azərbaycandan qaz tədarükünü artırmağı istəyəcək28-01-2022, 18:57. Yazar: Admin |
Avropa İttifaqı (Aİ) gələn həftə Azərbaycanla Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz tədarükünün artırılması məsələsini müzakirə edəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson gələn həftə Bakıya səfər edərək Azərbaycanın energetika naziri Pərviz Şahbazov, həmçinin, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcək. “Biz danışıqlarda Azərbaycanın Avropaya qaz tədarükündə rolunun diversifikasiya olunması məsələsinin müzakirə olunacağını gözləyirik. Bu, Avropaya TAP vasitəsilə ötürülən təbii qaz həcminin artırılmasını da nəzərdə tutur. TAP-ın hazırkı gücü ildə 10 milyard kub metr təşkil edir. Azərbaycan Avropa İttifaqının etibarlı və stabil tərəfdaşıdır”, - deyə “Financial Times”a Aİ-dən adı açıqlanmayan mənbə məlumat verib. Qəzet Azərbaycandan qaz tədarükünün artırılmasının Avropa İttifaqı ilə Rusiya arasında Ukrayna ətrafında yaranmış gərginlik fonunda müzakirə olunacağını vurğulayıb. Geri dön |