Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > "Tata Steel": Məmmədyarov növbəti dəfə heç-heçə edib
Ana Sayfa > Karusel / Sosial > "Tata Steel": Məmmədyarov növbəti dəfə heç-heçə edib

"Tata Steel": Məmmədyarov növbəti dəfə heç-heçə edib


28-01-2022, 18:33. Yazar: Admin

Tata Steel: Məmmədyarov növbəti dəfə heç-heçə edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

Qarabaginfo.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster XI turda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 23-cü gedişdə heç-heçəyə razılaşıb.

Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Azərbaycan təmsilçisi hələlik 4-cü pillədə qərarlaşıb. Günün digər görüşlərindən sonra Məmmədyarovun mövqeyində dəyişiklik ola bilər.

Turnir cədvəlinə isə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.


Geri dön