Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Türkiyədən gətirilən 64 ton bibəri geri qaytarıb
Azərbaycan Türkiyədən gətirilən 64 ton bibəri geri qaytarıb28-01-2022, 16:43. Yazar: Admin |
Türkiyənin Artvin vilayətindən Azərbaycana ixrac olunmuş 64 ton təzə bibər, bitki mənşəli xəstəlik aşkar edilməsi səbəbi ilə geri qaytarılıb. Qarabaginfo.az bu barədə türk mətbuatına istinadən xəbər verir. Məlumata görə, Azərbaycan tərəfi Artvin vilayətinin Kənd Təsərrüfatı və Meşə Müdirliyinin verdiyi fitosanitar sertifikatı bundan sonra qəbul etməyəcəyi barədə qarşı tərəfi məlumatlandırıb. Bundan sonra Türkiyədən Azərbaycana bibər, eləcə də pomidor, badımcan, toxum, ting və meyvə yeni şərtlərlə ixrac olunacaq. İxracatçı şirkət bunun üçün ayrıca sağlamlıq sertifikatı təqdim etməlidir. Azərbaycanın bu qərarından sonra Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi təcili tədbirlər görüb. Belə ki, Azərbaycana ixrac olunacaq meyə-tərəvəz tamamilə analiz edilməlidir. Bundan əvvəl isə yalnız bir neçə yük maşınında olan məhsullardan nümunələr götürülərək təhlil edilirdi. Aralıq dənizi İxracatçılar Birliyinin ölkə üzrə məlumatına görə, Azərbaycan Türkiyənin 2020-2021-ci illər arasında sitrus meyvələri ixrac etdiyi ilk 20 ölkə arasında 16-cı yerdədir. Ötən il Azərbaycana sitrus meyvələrinin ixracı əvvəlki illə müqayisədə həcm olaraq 61%, dəyər olaraq isə 33% artıb. Geri dön |