Ana Sayfa > Karusel / Gündəm > Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı

Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı


28-01-2022, 16:16. Yazar: Admin
Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı

 

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qarabaginfo.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, A.Əhmədov sərəncama götürülüb.

Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.

Qeyd edək ki, həmin bölmədə xidməti yoxlama aparılıb. Yoxlama nəticəsində nöqsanlar aşkarlanıb və bir neçə polis zabitinə töhmət verilib. 


Geri dön